"Şamaxı" klubu daha bir futbolçunu heyətinə cəlb edib. 

Offsideplus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Həbib İsmayılovu transfer olunub. Son olaraq "Neftçi"nin formasını geyinmiş H.İsmayılov növbəti mövsüm Ayxan Abbasovun komandasında forma geyinəcək. 

Xatırladaq ki, "Şamaxı" daha öncə Oruc Məmmədovu transfer edib.