"Neftçi” Benin milli komandasının dayaq yarımmüdafiəçisi Sessi D’Almeydanı transfer edib.
Offsideplus.az xəbər verir ki, bu, "ağ-qaralar"ın bu yay ilk futbolçu transferi olub. 29 yaşlı futbolçu ilə müqavilə 2+1 il müddətinə nəzərdə tutulub.
D'Almeyda Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib, son mövsümü “Apollon Limassol”da (Kipr) keçirib. 34 matçda meydana çıxıb, 1 qola imza atdığı Benin milli komandası ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.