"Şamaxı" klubu yeni müqavilə bağlayıb. 

Offsideplus.az xəbər verir ki, qolkiper Abdulla Seydəhmədov daha 1 il müddətinə Şamaxı təmsilçisinin formasını geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu, klubun yeni sözləşmə imzaladığı üçüncü futbolçu olub. Klub Rikardo Fernandes və Alfons Mabula Msanqa ilə də müqaviləni yeniləmişdi.

Qeyd edək ki, “Şamaxı” daha öncə Kamal Bayramov, Fəxri Məmmədli, Maykl Tuik, Vasiliye Radenoviç, Vasiliye Bakiç, Leroy Mikels və Brahim Konate ilə yollarını ayırıb.