2024/2025 mövsümündə fiaskoya uğrayan "Neftçi"də "təmizləmə əməliyyatı"na start verilib.

Offsideplus.az paytaxtı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandadan 7 futbolçu göndərilib.

Belə ki, Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdi ilə müqavilə müddəti başa çatıb.

İcarə müddəti bitən qapıçı Rüstəm Samiqullin isə məxsus olduğu “Sabah"a qayıdıb.

Qeyd edək ki, "Neftçi" yola salmaqda olduğumuz mövsümdə heç bir mükafat qazanmayıb. Ölkə kubokunun yarımfinalında mübarizəni dayandıran "ağ-qaralar" Premyer Liqanı 6-cı sırada başa vurmaqla, qitəmiqyaslı yarışlardan kənar qalıblar.