"Şamaxı" klubunda növbəti ayrılıq yaşanıb. 

Offsideplus.az xəbər verir ki, klub Maykl Tuik ilə vidalaşıb. Müqavilə şərtlərinə əsasən tərəflər arasında razılaşma "Şamaxı"nın istəyinə görə uzadılmayıb.

Qeyd edək ki, Ayxan Abbasovun komandası daha öncə Brahim Konate, Leroy Mikels, Vasiliye Bakiç, Vasiliye Radenoviç ilə sağollaşıb, Alfons Msanqa Mabula ilə müqavilənin müddəti uzadılıb. Bundan əlavə, komandaya "Qəbələ" klubundan icarə əsasında Emil Süleymanov transfer edilib.