"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun yay transfer pəncərəsi planları barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin çempionluğu qeydetmə tədbirində 53 yaşlı mütəxəssis İbrahima Vadcinin kluba mümkün qayıdışına münasibət bildirib. 

"Transfer işləri geniş şəkildə gedir. İş saatımızın çoxu transferlərlə bağlıdır. Asan deyil, lakin bu bazara girmişik. İbrahima Vadci ilə bağlı bir danışığımız olmayıb".