"Şamaxı" növbəti legioneri ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, bölgə klubu Vasiliye Radenoviçlə başa çatan müqaviləni uzatmayıb.
Radenoviç ötən ilin yayından "şirlər"də çıxış edirdi. O, cari mövsüm 27 oyunda meydanda olub və fərqlənə bilməyib.
Əlavə edək ki, "Şamaxı" daha öncə Leroy Mikels, Brahim Konate və Vasiliye Bakiçlə də yollarını ayırmışdı.