"Turan Tovuz” Misli Premyer Liqasında ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.
Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi dünən XXXVI turda “Kəpəz”i 4:0 hesabı ilə üstələyib.
PFL-in hazırladığı statistikaya görə, bu, klubun tarixində Premyer Liqada 4 top fərqli 3-cü qələbədir.
"Turan Tovuz" 2022/23 mövsümündə “Neftçi”yə, 2023/24 mövsümündə isə elə həmin “Kəpəz”ə 4:0 hesabı ilə qalib gəlib.
Qərb derbisindəki qələbə həm də iki yubileylə əlamətdar olub. Tovuz təmsilçisi Premyer Liqada evdə 20-ci qələbə və 75-ci qola sevinib. Əlamətdar qola Ayxan Hüseynov imza atıb.
Onu da əlavə edək ki, “Turan Tovuz” 2022-ci ilin yayından Premyer Liqada çıxış edir.