"Kəpəz” Azərbaycan çempionatlarında 40-cı böyükhesablı səfər məğlubiyyətini alıb.

Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXVI turunda dünən “Turan Tovuz”a qarşı keçirilən matçda yaşanlb - 0:4.

Gəncə təmsilçisi ilk dəfə 1995/96 mövsümündə böyük hesabla uduzub. Daha doğrusu, "Kəpəz" 1995-ci il sentyabrın 10-da “Qarabağ”dan 3 cavabsız top buraxıb.

“Kəpəz” səfərdəki böyükhesablı nəticə sayında antirekordçudur. “Turan”ın 36, “Şahdağ”ın (Qusar) 35, “Qəbələ”nin isə 32 belə məğlubiyyəti var.