"Bu gün maraqlı oyun alındı. Hər iki tərəfdən qırmızı vərəqə oldu. Çoxlu qol fürsətləri yarandı. Əvvəlki turlarda az oynayan futbolçulara şans verdik. Kubokun finalından öncə bu qələbə bizə özünəinam verəcək".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun baş məşqçisi Vasili Berezutski deyib.
Onun komandası bu gün Misli Premyer Liqasınnın XXXVI turunda "Neftçi"yə qalib gələrək çempionatda 5-ci yeri tutub.
V.Berezutski bu yaxınlarda Moskva MOİK-nin UEFA Kubokunu qazanmasının 20 illiyi münasibətilə keçirilən tədbirdə iştirakından danışıb: "Mən orda olarkən Azərbaycan Kubokunun finalında "Qarabağ"la qarşılaşacağımız barədə danışdıq. Hamını oyuna dəvət etdim. Düşünürəm ki, finalı izləyəcəklər. Amma bilmirəm Bakıya gələcəklər, yoxsa televiziya vasitəsilə baxacaqlar".
O, "Sabah" Vaqner Lavı transfer edə bilərmi?" sualına belə cavab verib: "Vaqner yaxşı futbolçudur. Təbii ki, yaşı artdıqca sürəti azalır. Amma buna baxmayaraq yaxşı oyunçudur. Premyer Liqanın intensivliyinə dözə bilər ya yox, bilmirəm. Ancaq o, möhtəşəm futbolçudur".
Qeyd edək ki, Vaqner Lav 20 il öncə Moskva MOİK-inin heyətində UEFA Kubokunu qazanıb. Braziliyalı hücumçu 2018/2019 mövsümündə "Beşiktaş"da da forma geyinib. 41 yaşlı futbolçu hazırda vətənində "Avai" klubunda çıxış edir.