“Neftçi” 365 gündən sonra Misli Premyer Liqasında böyükhesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, Samir Abasovun yetirmələri dünən XXXV tur çərçivəsində "Səbail”i 3:0 hesabı ilə məğlub ediblər.

“Ağ-qaralar”ın axırıncı belə uğuru 2024-cü il mayın 18-də baş vermişdi. Flaqman həmin vaxt eynilə mövsümün XXXV turunda, elə “Səbail”lə görüşdə eyni hesabla qalib gəlmişdi. 

Bununla da “Neftçi” ölkə çempionatları tarixində 31-ci mövsümdə böyükhesablı qələbə qazanıb. Komanda alnız 2009/10 və 2015/16 mövsümlərində belə uğura sevinə bilməyib. 31 fərqli mövsümdə böyükhesabla qələbə - Azərbaycan çempionatlarında yeni rekorddur.

Qeyd edək ki, Bakı təmsilçisi cari mövsümü uğursuz başa vurur. Ölkə kuboku yarışında mübarizəni yarımfinalda dayandıran "ağ-qaralar" Prenyer Liqada ən yaxşı halda, 5-ci yeri tuta bilərlər.