Misli Premyer Liqasının XXXV turunda "Qarabağ" "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçı şərh edib:
“İlk öncə futbolçularıma təşəkkür edirəm. Çox faydalı, keyfiyyəti oyun oldu. Baxmayaraq ki, çempion olmuşduq, bu gün bunu oyunumuzda daha çox hiss etdik. Bu gün haqq etdikləri medallara qovuşacaqlar. Bizim üçün xoş gündür. Stadiona gələn hər bir azarkeşə uğurlar arzulayıram. “Kəpəz”ə, Azərə uğurlar arzulayıram”.