Misli Premyer Liqasının XXXV turunda "Neftçi" evdə "Səbail" üzərində 3:0 hesablı qələbəyə sevinib.
Offsideplus.az xəbər verir ki, matçdan sonra baş tutan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçı şərh edib:
"Mənim rəhbərliyim altında “Səbail"ə qarşı keçirdiyimiz ilk oyunda futbolçularda motivasiya var idi. Çoxdan oynamayan oyunçular oynayıb, özlərini göstərdilər. Bu oyunda da oyunçularda rahatlıq var idi. Bunun fonunda istədiklərimiz alındı. Biz hansı klubda olduğumuzu anlayırıq. Sırf kuboka hazırlaşırdıq deyə bir şey yox idi. Son şansımız kubok idi. O oyuna başqa cür hazırlaşdıq. Futbolçularda buna çıxış yolu kimi baxırdılar. Son kubok oyunumuzda da yaxşı oynadıq. Əfsuslar olsun ki, nə liqada, nə də kubokda bizdə alınmadı”.