“Düşünürəm ki, layiqli qələbə idi. Allaha şükür edirəm ki, qələbə qazandıq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının XXXV turunda "Sumqayıt" üzərində 1:0 hesablı qələbədən sonra baş tutan mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev söyləyib. O, minimal hesab ilə yekunlaşan oyunu dəyərləndirib:
"Zədəli futbolçularımız bizim oyunumuza çox ciddi təsir etdi. Bizim yeni ilə qədər demək olar ki, ciddi səhvlərimiz olmadı. Amma yeni ildən sonra səhvlər oldu. Zədəlilərin yerinə gələn oyunçular da onların yerini yaxşı doldurmadı”.
Kurban Berdiyev MPL-nin 4-cü pilləsində qərarlaşmalarına belə münasibət bildirib:
“Çempionatın əvvəlində desəydilər ki, 4-cü yerdə qərarlaşacağıq, bu, mənim üçün qənaətbəxş olardı. Amma çempionatın gedişində daha yuxarı yerlər üçün vuruşa bildik. Təəssüf ki, zədəlilərimiz çox oldu”.