Mayın 18-də Misli Premyer Liqasının 2024/2025 mövsümünün qalibi "Qarabağ" mükafatlandırılacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Tədbir "Azersun Arena"da keçiriləcək.

Çempionatın XXXV turu çərçivəsində saat 19:00-da "Kəpəz"lə matç start götürəcək.

Oyundan sonra stadionda təltifetmə mərasimi baş tutacaq. "Qarabağ"a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.