"Qarabağ" klubu bəzi futbolçularına erkən istirahət verib. 

Offsideplus.az xəbər verir ki, söhbət Ağdam təmsilçisinin heyətində olan və əsas millilərə dəvət alan oyunçulardan gedir. Bunu saytımıza açıqlamasında Anar Hacıyev bildirib.

"2-9 iyun tarixlərində milli komandaların düşərgəsinə çağrılacaq futbolçuların Azərbaycanda futbol mövsümü başa çatan kimi istirahət etməyə vaxtı olmayacaq. Bunu nəzərə alan texniki heyət - baş məşqçimiz yığma üzvü olan futbolçulara müəyyən bir istirahət vaxtı verib. Bu futbolçular "Kəpəz"a qarşı oyundan 1 gün öncə artıq toplanışda olacaqlar", klub rəsmisi açıqlayıb.

Qeyd edək ki, MPL-nin XXXV turu üzrə "Qarabağ" - "Kəpəz" oyunu mayın 18-i saat 19:00-da baş tutacaq.