AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Misli Premyer Liqasının XXXII turunda qeydə alınan neqativ hallar müzakirə olunub.

Offsideplus.az xəbər verir ki, komitə müxtəlif səbəblərə görə 4 klubu cərimələyib. 

- "Kəpəz"ə 800 manat cərimə: “Zirə” ilə qarşılaşmada gəncəli azarkeşlər hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər

- "Səbail“ə 700 manat cərimə: "Araz-Naxçıvan”la oyunda klubun 4 futbolçusu sarı vərəqə alıb

- "Sabah"a 800 manat cərimə: “Qarabağ”la matç bitdikdən sonra meydançaya kənar şəxs daxil olub

- "Qarabağ"a 1500 manat cərimə: “Sabah”la görüş başa çatdıqdan sonra Ağdam klubunun azarkeşləri pirotexniki vasitələrdən isifadə ediblər