Misli Premyer Liqasının XXXI turunda "Araz Naxçıvan" "Turan Tovuz"la evdə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında oyunu şərh edib:
"Ağır oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı. Komandanı bu oyunu hazırlaşdıranda da rəqibin güclü cəhətlərini öyrətmişdik. Çempionatın sonudur. Hər xal dəyərlidir. "Turan Tovuz" rəqiblərimizdən biridir. Onlar da bu gün öz güclərini göstərdilər. Rəqib də qalib gələ bilərdi, sonda heç-heçə oldu. Rotasiya etməmişik. Zədəlilərin çoxluğu, rotasiya etməyə imkan vermir".
E.Baxşıyev oyunda hakimliyi dəyərləndirib:
"Hakimlikdən danışmaq istəmirəm. Qərarlarına hörmətlə yanaşmalıyıq, amma hər iki komanda sərt mübarizəyə üstünlük verirdi. İkinci sart kart ucuz idi".