Bu gün Misli Premyer Liqasında milli komandalarla bağlı yaranmış fasilə başa çatıb.
Offsideplus.az xəbər verir ki, çempionat Tovuzda keçirilən oyunla davam etdirilib.
Belə ki, Tovuz şəhər stadionunda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Turan Tovuz" Premyer Liqanın lideri "Qarabağ"ı qəbul edib.
Cari mövsümdə Kurban Berdiyevin çalışdırdığı "Turan Tovuz" "köhlən atlar"a qələbə üzü göstərməmişdi - 0:1; 0:0; 1:2. Xüsusilə sonuncu qarşılaşmada Qurban Qurbanovun komandası son dəqiqələrdə 2 top buraxmaqla, gözlənilmədən məğlubiyyətə düçar olmuşdu.
Lakin bu dəfə ssenari fərqli oldu. Ağdam klubu rəqibinə 4 qol vuraraq qalib gəlib.
"Qarabağ" xalını 67-ə yüksəldib və liderliyini davam etdirib. Bölgə klubu isə 43 xalla 4-cü yeri tutur.
Misli Premyer Liqası, XXVIII tur
19:30 "Turan Tovuz" - "Qarabağ" 1:4
Aleks Souza, 30 - Kadi Borqes, 16 (pen.), 84, Nəriman Axundzadə, 31, Aleksey Kaşuk, 90+1
- 5-ci dəq. "Turan Tovuz"dan Ayxan Hüseynov topu tora qovuşdursa da, hakim VAR-a baxdıqdan sonra futbolçunun epizod zamanı əllə oynadığı bildirib
- 25-ci dəq. Cərimə zərbəsi zamanı Rəhim Sadıqov "Qarabağ"ın qapısına başla gözəl qol vurur, ancaq yan xətt hakimi ofsayd qərarı verir