"Turan Tovuz" martın 4-də Misli Premyer Liqasının XXV turunda öz meydanında məğlub olduğu "Zirə"dən (0:2) qisas çıxmaq şansı qazanıb.

Offsideplus.az Peşəkar Futbol Liqasnın rəsmi saytına istinadən xəbər verir ki, tovuzlular mayın 2-də belə imkana malik olacaqlar.

Premyer Liqanın XXXIII turunun digər oyunları da maraqlı mübarizə vəd edir.

Misli Premyer Liqası, XXXIII tur

2 may (cümə)
“Zirə” – “Turan Tovuz”
Zirə İdman Kompleksinin stadionu, 20:00

3 may (şənbə)
“Şamaxı” – “Səbail” 
Şamaxı şəhər stadionu, 17:00

“Araz-Naxçıvan” – “Sabah” 
“Liv Bona Dea Arena”, 19:30

4 may (bazar)
“Qarabağ” – “Sumqayıt” 
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00

“Neftçi – Kəpəz”
“Neftçi Arena”, 20:00