Bu gün Misli Premyer Liqasının 26-cı turu çərçivəsində daha 1 görüş keçirilib.
Offsideplus.az xəbər verir ki, 17:00-da günün ilk matçı baş tutub. "Kimyaçılar" "Kəpəz"i qəbul edib. Matç ev sahiblərinin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu mövsüm komandalar arasında Sumqayıtda oynanılan qarşılaşmada ev sahibləri 2:0 hesabı ilə qalib gəlmişdi. Gəncədə isə tərəflər sülhə razılaşmışdı.
10 mart
17:00. “Sumqayıt” 3:0 “Kəpəz”
Qol: Roy Kehat, 20. ; 51. (2:0); Nihad Əhmədzadə, 90+3 (3:0)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu