“Zirə” klubu UEFA B kateqoriyalı məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, bundan sonra Ağabala Ramazanov əsas komandanın məşqçilər korpusunda yer alacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 2020-22-ci illər aralığında “Zirə”də çıxış etmiş A.Ramazanov bunadək məşqçi kimi “Zirə”nin akademiyasında çalışıb. O, 2014-19-cu illərdə Azərbaycan millisinin formasını geyinib.
Xatırladaq ki, "Neftçi" yetirməsi olan Ağabala karyerası ərzində adıçəkilən komandanın (2011-12), "Xəzər-Lənkəran" (2012-2015), "Sumqayıt" (2015-2016), "İnter" (2016-2017), "Qarabağ" (2017-2018) klublarında da çıxış edib.