Martın 8-də Misli Premyer Liqasının XXVI turu start götürəcək.

Offsideplus.az xəbər verir ki, PFL-in rəsmi saytı 3 gün ərzində keçiriləcək növbəti turun oyunları ilə bağlı statistik məqalə hazırlayıb.

Rəqəmlərə əsaslansaq, çempionatın lideri "Qarabağ" ənənəyə sadiq qalaraq, yenə "Araz-Naxçıvan"a qol vurmalıdır. "Şamaxı" - "Sabah" matçında tərəflərin gücü bərabər qiymətləndirilsə də, "Zirə" "Səbail" önündə aşkar favoritdir.

Prinsipial görüşlərdən biri Bakıda "Neftçi" və "Turan" arasında olacaq. Əksəriyyəti maraqlandıran sual isə "Sumqayıt"la bağlıdır. Görəsən, "gənclik şəhəri"nin təmsilçisi Misli Premyer Liqasındakı 9 oyunluq qələbəsiz seriyaya son qoyacaqmı? "Kəpəz"i əvvəlki matçlarda 37 dəfə məyus edən sumqayıtlılar 11 qarşılaşmadan (2-si kubok, 9-u çempionatda) sonra nəhayət, qol vura biləcəklərmi? 


Misli Premyer Liqası
XXVI tur
 

8 mart (şənbə)
“Araz-Naxçıvan” – “Qarabağ” – 10 oyun, +3=1-6, top fərqi – 12-21
“Qarabağ” bütün oyunlarda qol vurub. “Araz-Naxçıvan”ın ev oyunlarında hər iki komanda qol sevinci yaşayıb. 

 

9 mart (bazar)
“Şamaxı” – “Sabah” – 20 oyun, +7=7-6, top fərqi – 24-21
“Sabah” son 9 görüşdə qol vurub. Son 4 qarşılaşmada meydan sahibi olan komanda uduzmayıb.


“Zirə” – “Səbail” – 29 oyun, +19=6-4, top fərqi – 43-19
“Səbail” son 7 oyunda qələbə qazanmayıb. “Zirə” son 3 matda qalib gəlib.

 

10 mart (bazar ertəsi)

“Sumqayıt” – “Kəpəz” – 30 oyun, +12=11-7, top fərqi – 37-29
“Sumqayıt” son 4 ev oyununda qol vurub. “Kəpəz” son 3 matçda qalib gəlməyib.

“Neftçi” – “Turan Tovuz” – 10 oyun, +5=4-1, top fərqi – 14-8
“Neftçi” son 6 oyunda məğlub olmayıb. “Turan Tovuz” son iki səfər matçında qol vurmayıb.