"Qarabağ"da cari mövsüm 15 oyuna çıxan və bu qarşılaşmalarda cəmi 602 dəqiqə oynamaq şansı qazanan Redon Cicanın Ağdam təmsilçisində gələcəyi şübhə altındadır. 

Offsideplus.az albaniyalı hücumçunun komandadan ayrılmaq ehtimalını futbolçunun özü ilə dəqiqləşdirdi.

26 yaşlı oyunçu redaksiyamıza açıqlamasında "köhlən atları" çox sevdiyini bildirdi:

"Mənim "Qarabağ" ilə 2026-cı ilə qədər müqaviləm var. Karyeramı hələ ki, burda davam etdirirəm. Komandamda çox xoşbəxtəm. "Qarabağ"da olmaq bir ailə kimi hiss etdirir. Klubu çox bəyənirəm və bu belə də davam edəcək".

Qeyd edək ki, Cica 2023-cü ilin yanvar ayından Ağdam təmsilçisinin formasını geyinir.