"Zirə"nin azarkeşləri, klubun işçiləri, bir sözlə, hər kəs stadionun qardan təmizlənməsi üçün əlindən gələni edirdi".

Offsideplus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının XXIV turunda "Kəpəz"lə keçirilən oyundan sonra (2:0) "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc çalışdırıcı matçın dünəndən bu günə təxirə salınmasına, daha sonra 2 dəfə başlanma saatının dəyişdirilməsinə münasibət bildirib: "Oyunun gecikməsi futbolçuların motivasiyasını aşağı sala bilərdi. Lakin onların hər biri bu gün meydanda "vuruşdular". Qazandığımız qələbə bizim üçün çox önəmli idi. Buna görə futbolçularıma təşəkkür edirəm. "Kəpəz" yaxşı komandadır. İddialı rəqiblərlə layiqli mübarizə aparır".