AFFA dünən Misli Premyer Liqasında XXIV turun "Şamaxı" ilə matçının təxirə salınmasını istəyən "Turan Tovuz"a rəsmi xəbərdarlıq edib.
Offsideplus.az xəbər verir ki, bununla bağlı qurumun İntizam Komitəsinin bu gün keçirilən iclasında qərar verilib.
Tovuz klubu əsassız bəyanat yaymaqda, AFFA və PFL-in imicinə zərər vurmaqda günahlandırılır.
Qeyd edək ki, "Turan Tovuz" rəhbərliyi dünən əlverişsiz hava şəraitinə görə "Şamaxı" ilə görüşün "CBC Sport" telekanalında yayımlanmamasını və VAR sisteminin yoxluğunu səbəb göstərərək, qarşılaşmanın başqa vaxta keçirilməsi üçün PFL-ə müraciət ünvanlamışdı. Lakin çempionatın təşkilatçıları Şamaxıdakı matçın istənilən halda keçiriləcəyi barədə qərar vermişdilər.
Oyun "Turan Tovuz"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.