Misli Premyer Liqasında yarışan “Sumqayıt” klubu Azərbaycan çempionatlarında 200-cü dəfə məğlubiyyətlə üzləşib.

Offsideplus.az xəbər verir ki, Peşəkar Futbol Liqası bununla bağlı statistik məlumatlar hazırlayıb.

Ötən həftə yarışı XXIV turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzan sumqayıtlılar məğlubiyyət sayında bu yuvarlaq saya çatıblar.

"Sumqayıt" ölkə çempionatlarında ilk dəfə 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər görüşündə məğlub olub - 1:2. "Gənclik şəhəri"nin təmsilçisi 14 il ərzində ümumiilikdə 424 matç keçirib.  

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqada 200 və daha çox oyunda uduzan 5-ci komandadır.