Bu gün Misli Premyer Liqasında baş tutması gözlənilən “Şamaxı” - “Turan Tovuz” matçı təxirə salına bilər.
Offsideplus.az xəbər verir ki, matç hava şəraitinə görə canlı yayımlanmayacaq və görüşdə VAR-dan istifadə olmayacaq. Tovuz təmsilçisi Peşəkar Futbol Liqasına müraciət ünvanlayaraq oyunun təxirə salınmasını istəyib:
"Bir daha bəyan edirik ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var. Qeyd etmək istəyirik ki, bir neçə gün öncədən hava şəraitinin kəskin dəyişəcəyi haqda rəsmi proqnoz verilməsinə və bu haqda PFL-ə rəsmi məlumat verməyimizə baxmayaraq bu hadisələr baş vermişdir".