Futbol üzrə Misli Premyer Liqasında XXIV turun oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, günün ilk oyunu Mərdəkanda keçirilib.
Çempionatda medallar uğrunda mübarizə aparan "Araz-Naxçıvan" "Səbail"i sınağa çəkib. Elmar Baxşıyevin yetirmələri autsayder qarşısında aciz qalıblar.
Misli Premyer Liqası, XXIV tur
“Araz-Naxçıvan” - “Səbail” 0:0
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
“Liv Bona Dea Arena”