Misli Premyer Liqasının XXIII turunda "Neftçi" və "Qarabağ" arasında keçirilən oyundan öncə hər iki komandanın azarkeşləri arasında insident yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Neftçi Arena"nın girişində fanatlar bir-birinə hücum edib, əlbəyaxa davaya çıxıblar. Hüquq-mühaizə orqanlarının əməkdaşları dərhal hadisəyə müdaxilə ediblər. Nəticədə 4 azarkeş saxlanılıb. 

“Dünən paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən “Neftçi”-“Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb. İnsidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. Araşdırma aparılır” - deyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.