Futbol üzrə Misli Premyer Liqasında medallar uğrunda mübarizə aparan "Zirə" növbəti uğur sayəsində statistik göstəricilərini yaxşılaşdırıb. 

Offsideplus.az xəbər verir ki, çempionatın XXIII turunda “Sumqayıt”a 3:0 hesabı ilə qalib gələn Rəşad Sadıqovun yetirmələri səfərdə 50-ci qələbələrinə nail olublar.

2015-ci ildən Premyer Liqada yarışan Bakı təmsilçisi bu uğura 145-ci səfər görüşündə imza atıb. Bununla da, ölkə çempionatları tarixində səfərdə 50 və daha çox qələbə qazanan komandaların siyahısında yenilik baş verib. Artıq “Zirə” də bu siyahıda ilk "onluğ"a düşməyi bacarıb. 50 səfər qələbəsi ilə 10-cu pillədə qərarlaşan digər klub isə vaxtilə Azərbaycan çempionu olmuş, indi isə II liqada mübarizə aparan "Şəmkir"dir.