"Neftçi" yeni transferini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Bass Sambounu heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Seneqal əsilli ingiltərəli hücumçu 9 nömrəli formanı geyinəcək və 1,5 illik müqavilə bağlanılıb.
27 yaşlı hücumçunun son klubu "Enosis Neon Paralimni" olub. O, əvvəllər "Everton", "Fortuna Sittard" kimi klublarda çıxış edib.