"Turan Tovuz"da ayrılıq baş verib.

Offsideplus.az xəbər verir ki, ötən tur "Qarabağ"a qol vuraraq komandasına qələbə qazandıran Otto Con Tovuz təmsilçisindən ayrılıb. Hücumçu Liviyanın “Al Madina” klubu ilə razılıq əldə edib.

Qeyd edək ki, forvard “Turan Tovuz” forması ilə 56 oyunda meydana çıxıb.