Bu gün Misli Premyer Liqasında 21-ci tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Kəpəz" "Sabah"ı qəbul edib. Görüş saat 16:00-da başlayıb.

Bu gün həmçinin "Neftçi" - "Şamaxı" qarşılaşması da keçirilib. "Ağ-qaralar" qələbəyə sevinib.

31 yanvar

16:00. “Kəpəz” – “Sabah” - 3:2

Qollar: Pavol Şavranko, 6-pen. (0:1), Mahamadu Ba, 11 (1:1), Sekidika, 45+2 (1:2), Əli Səmədov, 54 (2:2), Rauf Hüseynli, 66-pen. (3:2)

Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Namik Hüseynov

Tovuz şəhər stadionu.


18:30. “Neftçi” 1–0 “Şamaxı” 

Qol: Emin Mahmudov, 45+3 pen. (1:0)

Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov

VAR: Elçin Məsiyev

AVAR: Elşad Abdullayev

"Neftçi Arena"