"Qalatasaray" - "Fənərbağça" derbisində yaşananlardan sonra hər iki komandanın baş məşqçisi Peşəkar Futbol İntizam Komitəsi (PFDK) tərəfindən cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, rəqib komandanın ehtiyat skamyasını "meymun" adlandırmış Joze Mourinyo 4 oyun qadağası və 1,6 milyon TL cərimə alıb.
Okan Buruka isə 1 oyun və 1,5 milyonluq cəza kəsilib.
Bundan əlavə, "Fənərbağça" son 2 səfər oyununda azarkeş dəstəyi olmadan çıxış edəcək.
Xatırladaq ki, sözügedən görüşdə qolsuz heç-heçə qeydə alınmışdı.