"İnter Mayami" Leo Messiyə "Barselona"ya icarə əsasında keçid etməyə icazə verib. 

Offsideplus.az xəbər verir ki, MLS təmsilçisi 37 yaşlı hücumçunu yalnız bir halda keçmiş klubuna qayıtmasına razılaşıb: Messi "İnter Mayami" ilə müqaviləsinin müddətini 2027-ci ilin dekabrına qədər uzatmalıdır. Bu barədə "Fichaes.net" saytı məlumat yayıb. 

Qeyd edək ki, argentinalı futbolçunun Devid Bekhemin klubu ilə sözləşməsi 2025-ci ilin sonunda başa çatacaq. Messinin 2026-cı ilin yayında yenidənqurma işləri yekunlaşacaq "Nou Kamp" stadionunda oynamaq istədiyi, "Barselona"ya qayıtmadan karyerasını bitirmək istəmədiyi bildirilir.