Misli Premyer Liqasında mübarizə aparan klublar XXV turun oyunlarını 3-5 mart aralığında keçirəəklər

Offsideplus.az xəbər verir ki, növbəti turun qarşılaşmalarından öncə PFL komandaların statistik göstəricilərini hazırlayıb.

Turun ilk günündə ən çox mraq doğuran görüş "Sumqayıt" və "Qarabağ" arasında olacaq. Son iki ayda "qara zolaq"dan çıxa bilməyən, Premyer Liqa və kubok matçları daxil olmaqla, 9 oyunda qələbə qazanmağı, hətta qol vurmağı bacarmayan sumqayıtlıları çətin sınaq gözləyir. "Gənclik şəhəri" təmsilçisi eyni zamanda ötən ilin dekabrında qeydə alınan 0:5 hesablı məğlubiyyətin revanşını almaq istəyir.

Şübhəsiz ki, mərkəzi oyun gümüş medallar uğrunda yarışan "Turan Tovuz"un doğma meydançada "Zirə" ilə qarşılaşması olacaq. Bundan bir gün sonra isə Tovuz şəhər stadionunda "Kəpəz" "Neftçi"ni qəbul edəcək. Əminliklə demək olar ki, bu səfər "ağ-qaralar" üçün heç də arzuolunan deyil. Misli Premyer Liqasında qalmaq istəyi ilə dəridən-qabıqdan çıxan "Kəpəz" Bakı klubuna son 3 ev matçında uduzmayıb.

Misli Premyer Liqası

XXV tur

3 mart (bazar ertəsi)
“Səbail” – “Şamaxı” – 25 oyun, +9=9-7, top fərqi – 25-23
“Səbail” son iki ev oyununda qalib gəlib. “Şamaxı” son üç matçda qol vurmayıb.

“Sumqayıt” – “Qarabağ” – 49 oyun, +7=5-37, top fərqi – 23-122
Son 4 qarşılaşmada qol vuran komanda qalib gəlib. “Sumqayıt”ın son iki ev görüşünün hərəsində bir qol qeydə alınıb.

4 mart (çərşənbə axşamı)

 “Turan Tovuz” – “Zirə” – 10 oyun, +3=2-5, top fərqi – 10-13

“Turan Tovuz” son 3 ev oyununu qolsuz tərk etməyib. “Zirə” son 2 matçda qol vurmayıb.

“Sabah” – “Araz-Naxçıvan” – 6 oyun, +3=2-1, top fərqi – 6-4
“Sabah” son 4 görüşdə qol vurub və uduzmayıb. “Sabah”ın ev qarşılaşmalarının hamısında eyni sayda – 2 qol vurulub.

5 fevral (çərşənbə)
“Kəpəz” – “Neftçi” – 61 oyun, +20=11-30, top fərqi – 61-100
Son 4 oyunda hər iki komanda qol vurub. “Kəpəz” son 3 ev matçında uduzmayıb.