Basketbol üzrə Avroliqada 27-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, turun ən diqqətçəkən qarşılaşmalarından biri El-Klassiko olub. “Real Madrid” doğma meydanda “Barselona” üzərində 96:91 hesablı qələbə qazanıb.

“Fənərbağça” isə məğlub olub. Türkiyə təmsilçisi İsraildə “Makkabi Tel-Əviv” klubuna 76:94 hesabı ilə uduzaraq azarkeşlərini məyus edib.

Günün digər oyunlarında bu nəticələr qeydə alınıb:

“Srvena Zvezda” 80:86 “Jalgiris”

“Milano” 86:80 “Monako Basket”

“Paris Basketbol” 93:88 “Bayern”