Türkiyə Peşəkar Futbol İntizam Komitəsinin cəzalandırdığı "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun hansı oyunları kənardan izləyəcəyi müəyyənləşb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı Superliqanın qarşıdakı 3 turunu kənardan izləyəcək.
Əslində, onun cəzası 4 oyuna şamil edilir. Amma məsələ burasındadır ki, işini tədbirli tutan Mourinyo dünən hələ qərar açıqlanmamış Türkiyə Kuboku çərçivəsində "Qaziantep"lə matçda ehtiyat oyunçular skamyasında əyləşməyib.
Belə olan halda, "sarı-lacivərdlilər"in baş məşqçisi "Antalyaspor", "Samsunspor" və "Bodrumspor"la görüşləri buraxacaq. O, aprelin 6-da "Trabzonspor"la ev matçında komandaya göstəriişlərini texniki zonadan verə biləcək.
Qeyd edək ki, Mourinyo fevralın 24-də "Qalatasaray"la oyundan sonra rəqib komanda və matçın 4-cü hakiminin ünvanına işlətdiyi təhqiramiz ifadələrə görə cəzalandırılıb.