"Neftçi" heyətinə yeni oyunçu cəlb edib.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" "Sabah"dan ayrılan Elvin Camalov ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dayaq yarımmüdafiəçisi ilə "1.5+1" il şərti ilə müqavilə imzalanıb.

Camalov 4 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində "Qəbələ", "Zirə", "Sabah" klublarının şərəfini qoruyub.