Avropa Liqasının Liqa mərhələsi çərçivəsində "Beşiktaş" "Atletik"i qəbul edib.
Offsideplus.az xəbər verir ki, oyun İstanbul nəhənginin "4-1" hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesabı 17-ci dəqiqədə Milot Raşitsa açıb. İlk hissənin sonlarında Unai Qomez matça tarazlıq gətirib. 60-cı dəqiqədə Raşitsa "dubl" edib. 77-ci dəqiqədə Rafa Silva 3-cü topu rəqib qapısından keçirib. Görüşdə son nöqtəni Joao Mario qoyub. Portuqaliyalı oyunçu əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Oyunda vurulan qolları təqdim edirik: