"Qalatasaray"ın ulduzu karyerasını Almaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Borussia Dortmund" Yunus Akgün ilə yaxından maraqlanır. Bu barədə "L'Equipe" məlumat yayıb.
Bundesliqa nəhəngi Karim Adayeminin komandadan ayrılacağı təqdirdə onun boşluğunu Yunusla doldurmağı planlaşdırır.
Qeyd edək ki, 24 yaşlı oyunçu 2024/25 mövsümündə "sarı-qırmızı" forma ilə 28 oyuna çıxıb və 11 qola, 7 məhsuldar ötürməyə imza atıb.