Orxan Sadıqlının yeni komandası bəlli olub.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı qolkiper karyerasını II Liqada davam etdirəcək. "Şəmkir" qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Orxan Sadıqlı son olaraq "Sumqayıt"da çıxış edib. Qapıçısı karyerası ərzində "Xəzər Lənkəran", "İnter", "Sumqayıt", "Zirə", "Xan Lənkəran", "Kəpəz" kimi klublarda top qovub.