Misli Premyer Liqasının 16-cı turunda "Sumqayıt" "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdi.
Offsideplus.az xəbər verir ki, bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında görüşlə bağlı qərarlar qəbul edilib.
Oyunda “Sumqayıt”dan 4 nəfər sarı vərəqə aldığına görə “kimyaçılar” 700 manat cərimə edilib (maddə 37);
Matçda meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Sumqayıt” 500 manat cərimə edilib (maddə 43.7).