Misli Premyer Liqasının 16-cı turunda "Kəpəz" "Zirə"yə məğlub olub - 0:4.

Offsideplus.az xəbər verir ki, bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında bu görüşlə bağlı qərarlar qəbul edilib.

Qarşılaşmanın matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz” klubu 800 manat cərimə edilib (maddə 73.1).