Misli Premyer Liqasının 16-cı turunda "Sabah" "Qarabağ"la heç-heçə edib - 1:1.

Offsideplus.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bu keçirilən iclasında oyunda baş verən hadisələrlə bağlı qərarlar qəbul edib. 

Görüşdə “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Ağdam təmsilçisi 500 manat cərimə edilir (maddə 43.7);

Qarşılaşmada qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” 1500 manat cərimə edilib (maddə 52.2).