Misli Premyer Liqasının 16-cı turunda "Sabah" "Qarabağ"la heç-heçə edib - 1:1.

Offsideplus.az xəbər verir ki, oyundan qonaqların çalışdırıcısı Qurban Qurbanov mətbuat konfransında iştirak etdi.

Mütəxəssis görüş haqda bunları söylədi:

"Futbolçularıma təşəkkür edirəm. Oyunun sonlarına yaxın istədiyim dinamika oldu. İki hissəyə bölərdim oyunu. Fasilədən öncə başqa dinamika var idi. İkinci hissədə daha sürətli oyun keçdi. Rəqib də buna şərait yaratdı. Fərqli heyət meydana buraxmışdılar. İkinci hissə daha maraqlı oyun alındı. Rəqibin heyətində keyfiyyətli oyunçular var. Hücum xəttində dəyişiklər etmişdilər. İkinci hissədə onları meydana buraxdılar. Azarkeşlər üçün maraqlı oyun oldu. Hər iki komanda qələbə qazana bilərdi. Mövsümün sonu futbolçularda yorğunluq olur. Hər iki komanda məğlub olsaydı, ədalətsizlik olardı".