Misli Premyer Liqasının 16-cı tur start götürüb.

Offsideplus.az xəbər verir ki, bu gün 2 oyun keçirilib.

"Səbail" "Araz-Naxçıvan"a uduzub: 0:2. "Sabah" isə "Qarabağ"ı qəbul edib və görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

XVI tur, II dövrə

7 dekabr

15:00. “Səbail” – “Araz-Naxçıvan” 0:2

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: İnqilab Məmmədov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

“ASCO Arena”

18:00. “Sabah” – “Qarabağ” 1:1

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

“Bank Respublika Arena”

Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.