Misli Premyer Liqasının 13-cü turunda "Qarabağ" "Zirə"ni 4:0 hesabı ilə məğlub etdi.

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı Rəşad Sadıqov iştirak etdi. 

Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:

"Bu gün çalışırdıq ki, xal və ya xallar alaq. Amma ilk dəqiqələrdən özümüzü çətin vəziyyətə saldıq. "Qarabağ" kimi komandaya qarşı oyunda ilk dəqiqələrdən qol buraxırsansa, sonradan onlara qarşı oynamaq çətindir. Standart vəziyyətdən toplar buraxdıq. Hələ ki, bu vəziyyəti düzəldə bilmirik. Avrokubok oyunlardan belə problemlər var. Standart vəziyyətlər çıxışımıza təsir edir. Qarşıdan fasilə gəlir. Çalışacağıq ki, bu zamandan istifadə edərək toparlanaq".