"Qarabağ" Qurban Qurbanovun rəhbərliyi altında 500-cü çempionat oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, bu hadisə Misli Premyer Liqasının 11-ci turunda baş verib.
Ağdam klubu yubiley matçında "Şamaxı"nı 3:0 hesabı ilə yenib.
17-ci mövsümdür “Qarabağ”ı çalışdıran Qurbanovun debütü 2008-ci avqustun 9-da “Bakılı” ilə səfər görüşünə təsadüf edib. Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu onun baş məşqçi olduğu müddətdə Premyer Liqada 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub.